Press "Enter" to skip to content

Müxtəlif xidmətlər göstəriləcək

Günel Bədəlova

Son yeniləmə: 19 Dekabr 2022 12:12

BAYRAQDAR MEDİA – “Azərbaycanda qış turizmi növlərinin və məhsullarının təşviqi, həmçinin “Şahdağ” Turizm Mərkəzinin, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Naxçıvandakı Ağbulaq Xizək Mərkəzinin fəaliyyəti, qış mövsümü ərzində turistlərə müxtyəlif xidmətlər göstəriləcək”.

Bunu Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova “Şahdağ” Turizm Mərkəzinə təşkil olunan mediatur zamanı deyib.

O, qeyd edib ki, bütün komplekslərdə kvadrosikllar, kanatlar, xizək yolları, xizək sürməyi öyrənmək üçün təlim kursları fəaliyyət göstərir.

Vurğulanıb ki, Quba bölgəsi qış turizmi baxımından maraqlı istiqamətlərdən biridir: “Turistlər burada Xınalıq kəndinə və dağ yahudilərin yaşadıqları Qırmızı qəsəbəyə baş çəkə bilərlər. Qış mövsümü dedikdə yalnız xizək sürmək deyil, həm də haykinq marşrutları yada düşür. Bir neçə şəlalə var ki, qış mövsümündə donur və bu zaman gözəl mənzərə yaranır. Qusardakı Ləzə şəlaləsinə qalxmaq üçün yolsuzluq maşınlarından istifadə etmək, qalan məsafəni isə buzlu daş-qayalarla dırmaşmaq mümkündür. Qaranohur gölü üzərində də vaxtı əyləncəli keçirmək olar. Şirvan Milli Parkı, Talış dağları və Beşbarmaq dağında nadir quşları müşahidə etmək üçün turlar təşkil olunur. Naftalanda müalicə mərkəzləri ilin bütün aylarında turist qəbul edir. Turistlər müalicəvi neftdən yararlanmaq üçün min kilometrlərlə məsafə qət edirlər”.

Mission News Theme by Compete Themes.