Press "Enter" to skip to content

Moldovada dezinformasiya yayan rusdilli kanallara qarşı mühüm addım

Son yeniləmə: 19 Dekabr 2022 16:47

BAYRAQDAR MEDİA – Moldovada Ukrayna müharibəsi ilə bağlı dezinformasiya yayan bəzi rusdilli televiziya kanallarının lisenziyalarının fəaliyyəti dayandırılıb.

Məlumata əsasən Ukrayna-Rusiya müharibəsinin başlamasından sonra yaradılan Moldova Fövqəladə Hallar Komissiyası ölkədə yayımlanan Rusiyanın Moldovada First, RTR Moldova, Accent TV, NTV Moldova, TV6 və Orhei kimi telekanalların yayım lisenziyasının dayandırıldığını açıqlayıb. Komissiya elan edib ki, araşdırmalar nəticəsində kanalların milli hadisələr və Ukrayna müharibəsi ilə bağlı yayımlarında natamam məlumat verdiyi müəyyən edilib.

Bildirilib ki, yayım lisenziyalarının dayandırılması barədə qərar “ictimai rəyin manipulyasiyası və dezinformasiya cəhdlərinin qarşısının alınması” məqsədi ilə verilib.

Mission News Theme by Compete Themes.