BAYRAQDAR MEDİA – “Şahdağ” İstirahət Mərkəzindəki hotellərdə ümumi olaraq min iki yüz nəfər yerləşə bilər. İstirahət günlərində Mərkəz 8 min turist qəbul edir.
Bunu “Şahdağ” Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov deyib.
Onun sözlərinə görə, adi günlərdə belə istirahət mərkəzini çoxlu turist ziyarət edir: “Yerli və xarici turistlərin qış turizminə böyük marağı var. Bunun üçün Şahdağ Turizm İstirahət mərkəzində hər cür şərait yaradılıb”.