Press "Enter" to skip to content

502 mindən çox e-arayış verilib

Son yeniləmə: 19 Dekabr 2022 14:41

BAYRAQDAR MEDİA – 2022-ci ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələri üzrə 502,6 min elektron arayış verilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 19-da ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, son 4 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində nazirliyin 30 e-arayış xidməti də istifadəyə verilib: “Həmin e-xidmətlər vətəndaşlara iş yerinə və əlilliyə dair, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təminedilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir və 11 ayda nazirliyin informasiya bazalarına edilən sorğu sayı 190 milyon olub”.

Mission News Theme by Compete Themes.