Son yeniləmə: 17 Dekabr 2022 11:10
BAYRAQDAR MEDİA – 2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində uğur qazanan şəxslər üçün müsahibə mərhələsinə başlanır.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsahibələr onlayn formatda və “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq. Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunacaq tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.