Son yeniləmə: 17 Dekabr 2022 13:37
Sedat Serdaroğlu: Biz Türkiyədəki qardaşları olaraq, Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin bu aksiyasını sonuna qədər dəstəkləyirik
BAYRAQDAR MEDİA – “Qarabağ Azərbaycan torpağıdır. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatda da bu, bir daha bəyan edilmişdir. Bütün bunlara rəğmən ermənilərin hazırda orada etdikləri beynəlxalq hüquqa da, Azərbaycan qanunlarına da tamamilə ziddir”.
Bunu Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin Ermənistandan Xankəndinə gələn Laçın yolunda keçirdiyi etiraz aksiyasına münasibət bildirən qardaş Türkiyənin Denizli şəhərindəki Türk Anadolu Liseyinin tarix müəllimi Sedat Serdaroğlu deyib.
BAYRAQDAR MEDİA-ya açıqlamasında o, qeyd edib ki, ermənilərin Azərbaycan sərvətlərini talan etməsi və ekoloji terror törətməsi qəbuledilməzdir: “Bununla bağlı Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin keçirdiyi aksiya hüquqa uyğundur. Bunun Ermənistan və bəzi xarici güclər tərəfindən başqa cür təqdim edilməsi, guya insan haqlarının pozulması kimi göstərilməsi qəbuledilməzdir. Biz Türkiyədəki qardaşları olaraq, Azərbaycanlı qardaşlarımılzın bu aksiyasını sonuna qədər dəstəkləyirik”.