Press "Enter" to skip to content

Bakıda II Bütöv Azərbaycan Forumu keçirilir

BAYRAQDAR MEDİA – Bu gün, dekabrın 17-də Bakıda Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə II Bütöv Azərbaycan Forumu keçirilir. Forum saat 12:00-da “Astoria Bakı” otelinin (Bakı şəh., Babək pros. 65 “B”) konfrans salonunda olacaq.

Güney Azərbaycanın gələcəyi ilə bağlı yol xəritəsi

Təşkilatçılardan aldığımız məlumata görə, Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdır.

Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatlardan, həmçinin, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsilçilər, ictimai-siyasi təşkilatların, gənc nəslin nümayəndələri, ziyalılar, ictimai-siyasi xadimlər və digərləri iştirak edəcəklər.

Mission News Theme by Compete Themes.