Press "Enter" to skip to content

ABŞ-da gənc azərbaycanlı rəssamların sərgisi keçirilir

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Dekabrın 15-də ABŞ-ın Florida Ştatının Mayami şəhərində gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət rəsm sərgisinin açılış mərasimi olub. Azərbaycanın ABŞ-dakı səfirliyinin və “Dirçəliş”-Gənclərin Sosial-Pisxoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan sərgi 16-21 dekabr tarixlərində ziyarətçılər üçün açıq olacaq. Sərgi Azərbaycan-ABŞ arasında diplomatik münasibərlərin qurulmasının 30 illiyinə həsr olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.

Bildirilib ki, açılış mərasimi Mayami və ətraf şəhərdə yaşayan soydaşlarımızın, o cümlədən burada akreditə olunmuş diplomatik korpus nümayəndələrinin və yerli rəsimlərin iştirakı ilə baş tutub: “Tədbirdə çıxış edən səfirliyin ikinci katibi Mahmud Mahmudov Azərbaycanın zəngin mədəniyyətindən, ölkəmizdə incəsənətin tarixindən bəhs etmiş, rəssamlara dövlət səviyyəsində qayğı və dəstəyin olduğunu bildirmişdir. O, həmçinin qarşıdan gələn Dünya Azırbaycanlılarının Həmrəyliyi günü münasibətilə qonaqları təbrik etmiş, bayramın əhəmiyyəti və 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik günü elan olunmasında Ümummilli Lider Heydər Əliyevin rolunu vurğulamışdır”.

Daha sonra çixiş edən “Dirçəliş”-Gənclərin Sosial-Pisxoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, rəsm əsərləri və təşkilatın fəaliyəti haqqında məlumat verib. Bu sərginin gənc rəssamların iştirakı ilə təşkil olunan 22-ci beynəlxalq sərgi olduğunu diqqətə çatdırıb.

Sonda rəssamlara sərgidə iştirak etdikləri üçün xatirə sertifikatları təqdim olunub.

Mission News Theme by Compete Themes.