Son yeniləmə: 16 Dekabr 2022 13:22
BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan alimi, ictimai-siyasi xadim, akademik Həsən Əliyevin 115 illik yubileyi münasibətilə “Akademik Həsən Əliyev – 115” adlı ənənəvi sərgi təşkil edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 16-da MEK-in İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, sərgidə meşə torpaqlarının coğrafiyası, respublika torpaq xəritələrinin hazırlanması, ekoloji problemlərin həlli, quru meliorasiyanın inkişafı, Azərbaycan Respublikasının bioloji, ekoloji problemlərinin beynəlxalq aləmdə təbliğ edilməsi sahəsində əsas tədqiqatlar aparmış və bu sahədə uğurlu elmi nailiyyətlər qazanmış akademik Həsən Əliyevin müəllifi olduğu və alimin haqqında yazılmış nəşrlər nümayiş etdirilir.
Bunların sırasında “Azərbaycanda bəzi yem bitkilərinin payızda əkilməsi”, “Həyəcan təbili”, “Azərbaycan SSR iqtisadi coğrafiyası”, “Təbiətin keşiyində”, “Böyük Qafqazın torpaq örtüyü”, “Azərbaycanın dövlət torpaq xəritəsinin legendası”, “Azərbaycanın elm və mədəniyyət xadimləri”, “Meşənin taleyi insanın əlindədir”, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının torpaq örtüyü” və s. əsərlər, həmçinin alimin haqqında yazılmış “İşıqlı bir ömrün səhifələrindən…” (Əbülfəz Haşimi), “Həsən Əliyev. Biblioqrafiya” və s. kitablar öz əhəmiyyəti ilə seçilir.
Sərgi MEK-də dekabrın 29-dək davam edəcək.