Son yeniləmə: 16 Dekabr 2022 14:42
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində seçki həyəcanı davam edir. Bu arada hakim Ulusal Birlik Partiyasının (UBP) genel başqanı, Baş nazir Ünal Üstel namizədlərin təbilğat kampaniyası çərçivəsində Geçitkaledə görüş keçirib.
Məlumata əsasən, o, tədbirdə birlik və həmrəyliyə vurğu edərək, “Partiyamıza qarşı çıxanları tarix unutmayacaq” deyib.
Baş nazir, həmçinin, müxalifətin cəhdlərinin iflasa uğradığını da bəyan edib: “Biz həmişə yaxşı niyyətlə hərəkət etmişik, amma təəssüf ki, bizdən əvvəl mentalitet fərqli idi. İnsanları çaşdırmaq üçün əllərindən gələni edirlər. 18 bələdiyyə ilə bağlı kriteriyaları qəbul etmədilər. Onlar məhkəmələrdə ora-bura qaçmağa başladılar. Biz məhkəmələrdə onların üzünə necə sillə vurulduğunu gördük. İndi növbə sizindir. Biz bu seçkidə müxalifətə bir sillənin də xalq tərəfindən vurulmasını istəyirik”.