Son yeniləmə: 16 Dekabr 2022 12:38
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə dekabr ayının pensiya ödənişini yekunlaşdırıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 16-da Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, dekabrın 15-də isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin dekabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.