Press "Enter" to skip to content

Balkanlarla bağlı daha bir təhlükə

Emiliya Rexhepi

Son yeniləmə: 16 Dekabr 2022 17:13

BAYRAQDAR MEDİA – Balkan regionunda gərginlik səngimir. Bu arada Kosova baş nazirinin müavini Emiliya Rexhepinin fikirləri narahatlıqla qarşılanıb.

Məlumata görə, bu günlərdə , Kosovodakı problemlərin Monteneqro və Bosniya və Herseqovinaya da sirayət edə biləcəyi barədə xəbərdarlıq edib: “Serbiya Respublikası belə bir vəziyyətin ortaya çıxmasını səbirsizliklə gözləyir”.

Sarayevoda yerləşən “Həyat” televiziyasına ölkənin şimalındakı gərginliklə bağlı danışan E.Rexhepi, “Hökumət olaraq Kosovanın şimalındakı serb xalqı ilə hər mənada həmrəyik və sülhün bərqərar olması üçün hər şeyi edəcəyik. Bizim polisimiz Serbiya hökumətinin iddia etdiyi yerlərdə deyil, polis bölmələrində və sərhəd-keçid məntəqələrində yerləşir” deyib.

Mission News Theme by Compete Themes.