Press "Enter" to skip to content

11 ayda elektrik enerjisi istehsalı artıb

Son yeniləmə: 16 Dekabr 2022 13:48

BAYRAQDAR MEDİA – Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin noyabr ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2506,0 mln. kilovatt-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 96 mln. kilovatt-saat , yaxud 4,0% artması deməkdir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, noyabrda elektrik enerjisinin idxalı 10,5 mln. kilovatt-saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 mln. kilovatt-saat, ixrac isə 448,9 mln. kilovatt-saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 216,9 mln. kilovatt-saat artıb: “Ümumilikdə 2022-ci ilin yanvar-noyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 978,2 mln. kilovatt-saat, yəni 3,9 % artaraq 26 260,3 mln. kilovatt-saat olub. Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 623,3 mln. kilovatt-saat artaraq 24 404,9 mln. kilovatt-saat, SES-lərdə 339,4 mln. kilovatt-saat artaraq 1 532,8 mln. kilovatt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 15,5 mln. kilovatt-saat artaraq322,6 mln. kilovatt-saat olub”.

Məlumata əsasən, 11 ay ərzində külək elektrik stansiyalarında 79,1 mln. kilovatt-saat, günəş elektrik stansiyalarında 59,0 mln. kilovatt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 184,5 mln. kilovatt-saat elektrik enerjisi istehsal edilib: “2022-ci ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 696,7 mln. kilovatt-saat (İES-lərdə 22 277,2 mln. kilovatt-saat, SES-lərdə 1 419,5 mln. kilovatt-saat ), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 439,8 mln. kilovatt-saat (İES-lərdə 285,8 mln. kilovatt-saat, SES-lərdə 99,4 mln.kilovatt-saat, GES-də 54,6 mln. kilovatt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 59,3 mln. kilovatt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 2 064,5 mln. kilovatt-saat təşkil edib. Hesabat dövründə elektrik enerjisinin idxalı 126,3 mln. kilovatt-saat, ixracı isə 2 546,8 mln. kilovatt-saat, olub”.

Mission News Theme by Compete Themes.