Press "Enter" to skip to content

Vaşinqtonda səmərəli görüşlər olub

Xarici İşlər Nazirliyi

Son yeniləmə: 15 Dekabr 2022 11:20

BAYRAQDAR MEDİA – Dekabrın 11-13-də Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevın rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda səfərdə olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, dekabrın 11-də nazir müavini Baltimor şəhərində təşkil olunmuş “Orta dəhliz: limanlar və hava daşımaları vasitəsilə iqtisadiyyatların birləşdirilməsi” (Middle corridor: connecting economies through ports and air freight connectivity) adlı konfransda iştirak edib, Azərbaycanın bu mühüm layihədə artan rolu haqqında danışıb.

Məlumata əsasən, dekabrın 12-də nazir müavini Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş toplantıda iştirak edib, qonaqlar qarşısında dahi şəxsiyyət barədə öz fikirləri ilə bölüşüb: “Dekabrın 13-də nümayəndə heyətinin ABŞ Konqresi aparatının əməkdaşları ilə görüşü keçirilib. Görüş zamanı nazir müavini Cənubi Qafqazda gedən proseslər, Azərbaycan-Ermənistan arasında sülh sazişinin hazırlanması üzrə danışıqların gedişatı, regionda həyata keçirilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verib, qarşı tərəfinin çoxsaylı suallarını cavablandırıb”.
Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Konqresdə Azərbaycanla sıx əməkdaşlıq edən konqresmen Stiv Şabotun təqaüdə çıxması münasibətilə təşkil olunmuş mərasimdə iştirak edib.

Mission News Theme by Compete Themes.