BAYRAQDAR MEDİA – 2022-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 669 min barrel olub. Bunun 550 min barrelini xam neft, 119 min barrelini isə kondensat təşkil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 15-də Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “OPEC plus” ölkələri nazirlərinin 33-cü iclasında qəbul edilmiş qərara əsasən, noyabrda Azərbaycanda gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılması nəzərdə tutulurdu.