BAYRAQDAR MEDİA – Dekabrın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Belarusun xarici işlər naziri Sergey Aleynik arasında telefon danışığı baş tutub.
Bu barədə BAYRAQDAR MEDİA-ya XİN-dən məlumat verilib.
Bildirilib ki, nazir C.Bayramov öncəliklə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb: “Telefon danışığı zamanı tərəflər Azərbaycanla Belarus arasında mövcud olan çoxölçülü münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd edib və ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə ediblər”.
Nazir S.Aleynik Azərbaycanla Belarus arasında strateji dialoq və əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb: “Belarusun bölgəmizdə sülh və sabitliyə daim dəstək verdiyi bildirilib”.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə edilib. Nazir Ceyhun Bayramov Belarus xarici işlər nazirini Azərbaycana səfərə dəvət edib.