BAYRAQDAR MEDİA – Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Milli Assambleyasının üzvü cənab Lii Hunseunqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekbrın 15-də Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qonaqları salamlayan nazir Koreya ilə hərbi əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdiyini qeyd edib: “General-polkovnik Z.Həsənov erməni hərbi birləşmələri tərəfindən hər hansı hərbi zərurətin olmadığı halda insan tələfatı məqsədilə Kəlbəcər rayonunun Çıraq kəndində basdırdığı mina partlayışı nəticəsində bir hərbi qulluqçumuzun şəhid olması və 4-ü mülki vətəndaş olmaqla 7 nəfərin xəsarət alması ilə bağlı koreyalı nümayəndə heyətini məlumatlandırıb”.
Görüşdə həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.