Son yeniləmə: 15 Dekabr 2022 12:13
BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) nümayəndələri Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkil etdiyi tədbirdə iştirak ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, işgüzar nahar formatında təşkil edilən tədbirdə öncə Dövlət Xidmətinin rəisi çıxış edib. O, iş adamlarına Dövlət Xidməti və onun tabeliyində olan qurumların fəaliyyət istiqamətləri, əldə olunan nəticələr, rəqabət siyasəti, dövlət satınalmaları, keyfiyyət təminatı və istehlakçı məmnuniyyəti sahələrində yeniliklər barədə məlumat verib.
Çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı digər sferalarda olduğu kimi,biznes sahəsində də qardaş ölkələrin sıx əməkdaşlığını yüksək qiymətləndirib.
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Cemal Yanğın dövlət-özəl tərəfdaşlığının önəmindən danışıb. O, həmçinin dayanıqlı iqtisadi inkişafın təmin edilməsində biznes subyektlərinin rolunu vurğulayıb.
TədbirdəTürkiyə və Azərbaycanın 100-dən artıq biznes təmsilçisi iştirak edib.