Press "Enter" to skip to content

Ermənistan və havadarları aksiyadan nəticə çıxarmalıdır

Emin Həsənli

Emin Həsənli: Ermənistan və havadarları bu aksiyalardan nəticə çıxarmasalar, onların vəziyyəti daha da ağır olacaq

BAYRAQDAR MEDİA – “Artıq dördüncü gündür ki, Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisi Ermənistandan Xankəndinə gələn Laçın yolunda etiraz aksiyası keçirir. Biz də o aksiyada iştirak edirik. Bu aksiya başlayandan haqlı tələblər irəli sürülüb. Eyni zamanda, dekabrın 15-dən etibarən Laçın yolunda dinc etiraz aksiyası keçirən azərbaycanlılar tələbləri dəyişib”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Aksiya zamanı
Aksiya zamanı

O, qeyd edib ki, aksiya iştirakçıları xüsusilə Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılmasını tələb edirlər: “Hesab edirəm ki, bu, tamamilə haqlı tələbdir. Bəli, bütün dövlət strukturlarının, o cümlədən, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin buraxılış məntəqələri Azərbaycanın suveren torpaqlarında yerləşdirilməlidir. Bu ərazilərə Azərbaycan dövləti, dövlətin müvafiq qurumları nəzarət etməlidir. Çünki Rusiya sülhməramlıları etimadı doğrultmadı”.

E.Həsənli vurğulayıb ki, qısa bir müddətdə erməni bölücüləri və terrorçuları ərazidən çıxıb getməlidir: “Sadə ermənilərə gəlincə, onlar ya Azərbaycan qanunlarını qəbul edib Azərbaycan bayrağı altında yaşamalı, ya da çıxıb buradan getməlidirlər. Onsuz da Azərbaycan dövlətində ərazidə olan ermənilərlə bağlı yetərincə məlumatlar var. Yəni Azərbaycan dövləti yaxşı bilir ki, 1991-ci ilə kimi orada rəsmi olaraq kimlər yaşayıb. Onlardan kimlər dünyasını dəyişib, kimlər terrorçulara qoşulub, o cümlədən sonradan ora kimlər gəlib, o gələnlər Azərbaycan dövlətinə qarşı hansı cinayətləri törədiblər və s. Bu gün Ermənistan da, Rusiya da, ümumilikdə bütün dünya da bilir ki, ora Azərbaycan ərazisidir. Elə isə ora Azərbaycnaın QHT təmsilçiləri, media nümayəndələri asanlıqla, heç bir maneə və təhlükə olmadan getməlidir. Bunun üçün də aksiyaçıların yeni tələblərində deyildiyi kimi, bütün dövlət strukturlarının, o cümlədən, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin buraxılış məntəqələri Azərbaycanın suveren torpaqlarında yerləşdirilməlidir”.

Emin Həsənçli sonda, “Bir sözlə, bu aksiyanı keçirən Azərbaycan vətəndaşları tamamilə haqlıdırlar və qanun çərçivəsində addım atırlar. Biz tələblərimiz yerinə yetirilənə qədər bir addım belə geri çəkilməyəcəyik. Günlərlə, aylarla orada qalmağa hazırıq. Bunu bütün dünya bilsin. Biz dövlətimizin milli maraqları uğrunda mübarizə aparırıq. Ermənistan və havadarları bu aksiyalardan nəticə çıxarmasalar onların vəziyyəti daha da ağır olacaq” deyib.

Mission News Theme by Compete Themes.