Son yeniləmə: 15 Dekabr 2022 16:40
BAYRAQDAR MEDİA – Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekofəalların, könüllülərin və media mənsublarının Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasını qürurla izləyirlər.
Bunu BAYRAQDAR MEDİA-ya dekabrın 15-də Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər.
Qeyd edilib ki, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Əkbər Gəncə “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq keçirilən dinc aksiya vətənpərvərliyin əsl nümunəsidir”, – deyib.
“3 gündür çox qiymətli xalqımız ayaq üstündədir. Əli silahsız soydaşlarımız Vətənimiz naminə ağır silahlara malik rus sülhməramlıları ilə qarşı-qarşıya, göz-gözə mücadilə aparırlar. Bu davranış misilsiz xalqımızın, o cümlədən dünya azərbaycanlılarının qürurunun və mərdliyinin göstəricisidir. Biz ölkəmizdən uzaqda olsaq da, ürəyimiz və ruhumuz aksiyaçılarla birgə döyünür. Onların arxasında güclü Azərbaycan dövləti və diasporu dayanır. 44 günlük savaşda Qarabağımıza necə qovuşduqsa, bu mücadilənin sonunda da Azərbaycanımız yeni şanlı tarix yazacaq”, – deyə Ə.Gəncə əminliyini ifadə edib.