Press "Enter" to skip to content

Bu aksiyanı yüksək qiymətləndirirəm

Bülent Uğur

Bülent Uğur: Bütün məsələlərdə olduğu kimi bu məsələdə də yanınızdayam və bundan sonra da yanınızda olacağam

BAYRAQDAR MEDİA – “Azərbaycan jurnalistlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin və ümumilikdə xalqının vətənini sevən hər bir insan kimi öz torpaqlarını və bu torpaqlardakı dəyərləri qorumaq üçün keçirdikləri aksiyanı yüksək qiymətləndirirəm”.

Bunu Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin Ermənistandan Xankəndinə gələn Laçın yolunda keçirdiyi etiraz aksiyasına münasibət bildirən qardaş Türkiyənin Azərbaycandakı səfirliyində 2005-2010-ci illərdə basın müşaviri işləmiş, hazırda isə “Yeni Gün” qəzetinin yazarı olan Bülent Uğur deyib.

O, qeyd edib ki, Vətən olmanın ən böyük şərtlərindən biri xalqın milli dəyərlərinə, torpağına və bayrağına sahib çıxması, onları qorumasıdır: “Siz jurnalistlərin bu işin bayraqdarı olmağınız jurnalistika peşəsinin hər pilləsində olmuş biri kimi məni qürurlandırdı. Cəmiyyətin səsi olan jurnalistlərin sayəsində bu aksiya Azərbaycanın haqlı olduğunu bütün dünyaya daha da güclü şəkildə çatdıracaqdır. Bütün məsələlərdə olduğu kimi bu məsələdə də yanınızdayam və bundan sonra da yanınızda olacağam. Sizə haqq işinizdə uğurlar arzulayıram”.

Mission News Theme by Compete Themes.