Son yeniləmə: 15 Dekabr 2022 14:06
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 11 ayında 104 min işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 15-də Nazirlikdən məlumat verilib.
Məlumata əsasən, 104 min şəxsdən 36,1 mini münasib işlərlə təmin edilib. Bundan başqa, 15,9 min şəxs kiçik təsərrüfatlarını qurmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
Qeyd edilib ki, bəhs olunan 104 min şəxsdən 4,1 mini üçün peşə hazırlığı kursları təşkil olunub, 47,9 min şəxsə peşəyönümü xidmətlər göstərilib.