Son yeniləmə: 14 Dekabr 2022 15:12
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev üç qardaş ölkə başçılarının Zirvə Görüşündə iştirak etmək üçün dekabrın 14-də Türkmənistanın Türkmənbaşı şəhərinə gəlib.
Prezidentin Mətbuat xidməti xəbər verir ki, İ.Əliyev qardaş ölkəyə səfər çərçivəsində Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Gurbangulı Berdımuhamedov ilə görüşüb.
Daha sonra Prezident İ.Əliyevin Türkmənistanlı həmkarı Serdar Berdimuhamedovla görüşü olub.
Bunun ardından da Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçlü görüşməsi gerçəkləşdirilib. Bu görüş bitdikdən sonra prezidentlərin başçılığı altında geniş tərkibli görüş keçirilib.
Geniş tərkibli görüş bitdikdən sonra Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib. Eyni zamanda üç dövlət arasında əlavə sənədlər imzalanıb.
O da xəbər verilir ki, İ.Əliyev qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğanla da ayrıca görüşüb.