Press "Enter" to skip to content

Rövşən Rüstəmovla David Peradze arasında görüş

BAYRAQDAR MEDİA – Dekabrın 14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycan Dəmir Yolları’’ QSC-nin sədri Rövşən Rüstəmovla “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze arasında ikitərəfli görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya “Azərbaycan Dəmir Yolları’’ QSC-dən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusi ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də Poti, Batumi və Kulevi limanları istiqamətində daşınma şərtləri və proseslərin optimallaşdırılması müzakirə edilib.

Məlumatda qeyd edilib ki, səfər çərçivəsində həmçinin nümayəndə heyətləri arasında “Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi’’ və “Asiya-Sakit okean ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa” beynəlxalq multimodal marşrutlarının inkişafı üzrə birgə fəaliyyət istiqamətlərinin razılaşdırılması ilə bağlı məhsuldar müzakirələr keçirilib.

Mission News Theme by Compete Themes.