BAYRAQDAR MEDİA – Krım Tatar Milli Hərəkatının əfsanə lideri, Ukrayna Ali Radasının deputatı Mustafa Abdulcəmil Krımoğlu Kırım Haber Ajansına verdiyi açıqlamada bildirib ki, 2023-cü ildə artıq Krıma dönüş başlayacaq.
O, Rusiya işğalçılarının getdikcə zəiflədiyini, Krım tatarlarının öz ana yurdlarına dönəcəyi vaxtın yaxınlaşdığını bildirib.
Jurnalistin sualına cavab olaraq, M.A.Krımoğlu deyib ki, təxminən 2023-cü ilin yayında Krıma dönüş başlayacaq.