Press "Enter" to skip to content

Məktəblilər Əhməd Cavadı təntənəylə yad edib

Tədbir sonrası xatirə şəkli

BAYRAQDAR MEDİA – Dekabrın 13-də Bakının Binəqədi rayonundakı R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbiri məktəbin 8ç sinif şagirdləri təşkil edib.

Xəbəri BAYRAQDAR MEDİA-ya dekabrın 14-də sözügedən məktəbdən veriblər.

Sözləri Əhməd Cavada, musiqisi isə Üzeyir Hacıbəyliyə aid olan Azərbaycan Himni ilə başlayan tədbiri şagirdlər Mədinə ƏliyevaAllahverdi Əsədullayev idarə edib. Onlar şairin həyat və yaradıcılığı haqqında qonaqlara dolğun məlumat verib.

Tədbirdən görüntülər
Tədbirdən görüntülər

“Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı şagirdlərin ifasında böyük maraq doğurdu. Şagirdlər vətənpərvərlik duyğularını Ə.Cavad işığında daha dolğun, daha mükəmməl nəzərə çatdırdılar. Ə.Cavadla Şükriyyə xanımın əlvida səhnəsini canlandıran Allahverdi Əsədullayev və Şəfiqə Çəltikovanın uğurlu çıxışı hamının alqışını qazandı. Xorla oxunan vətənpərvərlik nəğmələri tədbiri daha maraqlı və baxımlı etdi. Sonda məktəbin direktoru, Əməkdar müəllim Almaz xanım Həsrətin maraqlı və dolğun çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.