Press "Enter" to skip to content

Laçın yolunun bağlanmasına ABŞ-dan reaksiya

Ruslar hadisə yerinə əlavə ağır texnika gətirib

BAYRAQDAR MEDİA – Dekabrın 12-dən başlayaraq Azərbaycan vətəndaş cəmiyyəti fəallarının Laçın yolu üzərində keçirdiyi və hələ də davam edən etiraz aksiyası hər gün daha geniş diqqət cəlb edir.

Dekabrın 13-də axşama doğru məsələyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da münasibət bildirib. O, Twitter hesabı üzərindən paylaşım edərək yolun açılmasını, danışıqların vacibliyini dilə gətirib: “Laçın dəhlizinin bağlanması sərt insani təsirlərə səbəb olmaqla sülh prosesini geri atır. Biz Azərbaycan hökumətini dəhliz boyunca sərbəst hərəkəti bərpa etməyə çağırırıq. İrəliyə yol danışıqlardan keçir”.

Yeri gəlmişkən, bu paylaşımdan da görünür ki, N.Prays gerçəkdə yolu kimin bağlaması haqqında məlumatlı deyil. Bunu nəzərə alaraq BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət ona cavab yazıb və bu cavab da yetərincə ilgi görüb: “Yol Azərbaycan tərəfindən bağlanmayıb. Onu Rusiya sülhməramlıları qapadıb”.

Mission News Theme by Compete Themes.