Press "Enter" to skip to content

Dövlət Vergi Xidmətindən daha bir yenilik

Son yeniləmə: 14 Dekabr 2022 11:35

BAYRAQDAR MEDİA – Dövlət Vergi Xidməti tərəfindən sosial şəbəkələrin imkanlarından da geniş istifadə olunur. Qurum tərəfindən “DVX bot” adlı çat-bot tətbiqi hazırlanıb.

Qurumdan verilən xəbərə görə, bu xidmət vasitəsilə vergiödəyicilərinə DVX-nin xidmət mərkəzlərinin ünvanları və borcları barədə müvafiq məlumat almaq, kalkulyatorda hesablamalar aparmaq və digər imkanlar yaradılır: “Vergiödəyiciləri, həmçinin öz seçimlərinə əsasən tədiyyələr üzrə bəyannamələrin (hesabatların) təqdim olunması və vergilərin ödənilməsi müddətləri barədə məlumat əldə edə, eləcə də hər hansı bəyannamə üzrə seçim etməklə, həmin bəyannamənin təqdim olunma tarixinə bir neçə gün qaldıqda xatırlatma mesajı ala bilirlər. Bundan əlavə, DVX tərəfindən göstərilən bir sıra xidmətlər – tələb edilən və xidmətin göstərilməsinə əsas verən sənədlər, xidmətin göstərildiyi yer və ya platforma, icra müddəti və xidmətin nəticəsində təqdim olunan sənədlər barədə məlumatları əldə etmək mümkündür”.

Növbəti mərhələdə bəyannamələrin tərtib edilməsinə dair aktual məsələlər, vergilər üzrə ümumi məlumatlar, vergilərin ödənilməsi qaydası, müddətləri və digər aktual mövzulara aydınlıq gətirilməsi nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.