Son yeniləmə: 14 Dekabr 2022 18:17
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, dekabrın 12-si səhərdən başlayaraq bir qrup ictimai fəalın Ermənistandan Qarabağa gələn yolda aksiyası keçirilir.
Laçın yolunda Rusiya sülhməramlılarının sayı artıb – FOTOLAR
Dünən gecə və bu gün səhər hər hansı olay baş verməyib. Etirazçılar öz tələblərini səsləndiriblər. Onlar sülhməramlıların komandanı Andrey Volkovun gəlib izahat verməsini tələb edir. Lakin ondan hələ də xəbər yoxdur.
Bu barədə BAYRAQDAR MEDİA-ya hazırda hadisə yerində olan jurnalist Rövşən Rəsulov məlumat verib.
Onun sözlərinə görə, gecə etirazçılar vətənpərvərlik ruhunda mahnılar oxuyub, rəqs ediblər: “Aksiya tam sürətlə davam edir. Onu da qeyd edim ki, bəzi erməni saytlarının, sosial şəbəkə istifadəçilərinin yaydığı dezinformasiyaların əksinə olaraq yolu biz yox, Rusiya sülhməramlıları bağlayıblar. Artıq sülhməramlılar çadırlar da qurublar. Eyni zamanda sülhməramlıların sayı getdikcə artır. Anlaşılan odur ki, Rusiya sülhməramlıları Azəraycan vətəndaşlarının haqlı tələblərini eşitmək istəmirlər. Ancaq biz öz istəyimizə nail olana qədər buradan ayrılmayacağıq. Artıq Bakıdan bizə qoşulanların sayı hər keçən gün artır”.