Son yeniləmə: 14 Dekabr 2022 14:35
BAYRAQDAR MEDİA – Məşğuluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın davam etməsinə imkan yaradıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirlib ki, 2022-ci ilin yanvar-noyabr aylarında əmək müqavilələrinin sayı 3,4 faiz və ya 57 min artaraq 1 milyon 741 min 468 müqavilə təşkil edib. Bu dövrdə əməkhaqqı fondu da 20 faiz artıb.