BAYRAQDAR MEDİA – “Dekabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə 2022-ci ilin yekununa dair toplantı keçirilib”.
Xəbəri BAYRAQDAR MEDİA-ya Nazirlikdən veriblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını toplantı iştirakçılarına çatdıran sözügedən İdarənin rəisi general-mayor Hüseyn Mahmudov onlara cari il ərzində ölkəmdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlər, eləcə də 2023-cü il üçün planlaşdırılan fəaliyyətlərlə bağlı məlumat verib.
“Qonaqlar, həmçinin, işğaldan azad olunan ərazilərdə görülən işlər barədə məlumatlandırılıb. Sonda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb”, – deyə xəbərdə bildirilir.
Nazirliyin başqa bir xəbərində o da bildirilir ki, Prezident İlham Əliyevin 09 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.