Press "Enter" to skip to content

Laçın yolunda aksiya da, etirazçılara dəstək də davam edir – FOTOLAR

Hərbi geyimli rus kameraman etirazçıları çəkərkən

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, dekabrın 12-si səhərdən başlayaraq bir qrup ictimai fəal Ermənistandan Xankəndinə gələn Laçın yolunu bağlayıb. Aksiya gecə boyu da davam edib.

Azərbaycanlı fəalların Laçın yolundakı aksiyası davam edir – VİDEO

Hadisə yerində olan BAYRAQDAR MEDİA-nın baş redaktor müavini Nadir Azəri xəbər verir ki, hazırda da aksiya eyni şövqlə davam edir. Etirazçıların tələbləri də qüvvədədir. Onlar sülhməramlıların komandanı Andrey Volkovun gəlib izahat verməsini tələb edir. Lakin ondan hələ də xəbər yoxdur.

N.Azəri xəbər verir ki, səhər saatlarından etirazçılar artıq mitinq keçirməyə başlayıblar. Ayrı-ayrı ictimai fəalların çıxış edərək A.Volkovun gəlib etirazçılarla görüşməsini tələb etdiyi bildirilir.

BAYRAQDAR MEDİA-nın təmsilçisi bəzi müşahidələrini də şəkilləndirərək dəyərli oxucularımız üçün göndərib. O, bildirib ki, rusların arxasında media təmsilçiləri gözə dəyməsə də dünəndən bir nəfər hərbi geyimli şəxs bütün baş verənləri kameraya çəkir.

Mission News Theme by Compete Themes.