Press "Enter" to skip to content

Güney Azərbaycanda qələbəmizə sayılı günlər qalıb

Savaş Mərəndli

BAYRAQDAR MEDİA – Güney Azərbaycandakı 21 Azər (12 dekabr) hərəkatının 77-ci ildönümü tamam olur.

Bununla bağlı BAYRAQDAR MEDİA-ya danışan Güney Azərbaycan İstiqlal Partiyasının Böyük Britaniyadakı nümayəndəsi, Güney Azərbaycanlıların Böyük Britaniyadakı Koordinasiya Şurasının sədri Savaş Mərəndli yeni hərəkatın tezliklə qələbəylə sonuclanacağını bildirib: “1945-ci ilin 21 Azər (12 dekabr) günü qurulan Azərbaycan Milli Hökuməti, fars terrorist rejiminə qarşı dirənişlə itirilmiş istiqlalın bərpasının başlanğıcı idi. Seyid Cəfər Pişəvərinin sözləri – “Öldü var, döndü yoxdur” ömürlük şüurlara həkk olundu. Lakin farslar lağa qoyaraq, “Öldü də var imiş, döndü də” deyirdilər. Halbuki düşünmürdülər ki, Pişəvəri bu sözü o dönəm üçün yox, bu gün üçün deyirdi. Bu hərəkatın qarşısını heç kim ala bilməyəcək.

“Bu, sinfi deyil, milli hərəkat olduğu üçün Azərbaycan türkcəsində məktəb, universitet, mətbuat və radionun açılmasına çalışırdılar və bunu da etmişdilər.

“21 Azər hərəkatı ilə Güney Azərbaycan çöhrələndi. Bu isə fars şovinizmini, eləcə də onları dəstəkləyib hakimiyyətə gətirən dünya müstəmləkəçilərini qorxuya saldı.

“Farslar Şeyx Məhəmməd Xiyabani hərəkatı və 21 Azər hərəkatını qanla boğub Azərbaycanı işğal etdisə, bu dəfə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və Türkiyə dövlətinin hər daim yanımızda olması ilə mübarizə daha güclü şəkildə davam edəcək və müstəqilliyə nail olacağıq.

“Müstəqil Azərbaycanımız, güclü Türkiyəmiz, düşünən ziyalılarla var olan Güney Azərbaycanımızda bizim qələbəmizə sayılı günlər qaldığına inamımızı təmin edir”.

Mission News Theme by Compete Themes.