Cavid Aydın: Dekabrın 24-də Beynəlxalq Güney Azərbaycan Türklərinin İkinci Forumu keçiriləcək
BAYRAQDAR MEDİA – “Dekabrın 24-də Türkiyədə Beynəlxalq Güney Azərbaycan Türklərinin İkinci Forumu keçiriləcək. Artıq bu Forumun keçirilməsinə dəstək məqsədi ilə Azərbaycanda, o cümlədən Avropanın və Türkiyənin ayrı-ayrı şəhərlərində tanıtım toplantıları olur. Belə toplantılardan biri də dekabrın 11-də Eskişehirdə olacaq”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl olaraq Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın deyib.
Onun sözlərinə görə, Birinci Forum 2011-ci ildə keçirilib: “Ondan keçən dövr ərzində baş verənlər, o cümlədən son aylarda İran adlanan ölkədə cərəyan edən hadisələr İkinci Forumun keçirilməsini zərurətə çevirdi. Buna görə də bir təşkilat komitəsi yaradıldı. Türkiyədə və dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən Azərbaycan dərnəklərinin başqanlarının, həmçinin, Güney Azərbaycandan olan milli fəalların qatıldığı Təşkilat Komitəsi İkinci Foumun dekabrın 24-də İzmirdə keçirilməsinə qərar verdi”.
Qeyd edək ki, Cavid Aydın da Təşkilat Komiəsinin üzvləri arasındadır. Bu məqama toxunan C.Aydın deyib: “Belə qərara gəlindi ki, bu Forumun Təşkilat Komitəsində təmsilçilik fərdi qaydada olsun. Yəni mən Dərnək başqanı olsam da, Təşkilat Komitəsində Dərnək rəhbəri kimi deyil, fərd olaraq təmsil olunuram. Çünki bu tədbirin keçirilməsində hansısa qurumların tərəfdaş qısmində iştirak etməməsi qərara alınıb. Ona görə də biz bazar günü Dərnək olaraq sadəcə Eskişeherdəki tanıtım toplantısına yer baxımından ev sahibliyi edəcəyik”.
O da bildirilib ki, tanıtım toplantılarının keçirilməsində məqsəd tədbirin məramı barədə dünyadakı azərbaycanlıları məlumatlandırmaqdır.
Algishlayiram,cox saq olun. Deyerli arkadasim, meslekdasim Bulent Uqurla 12 il sonra qucaqlasmaqimiz menim ucun xestehal vaxtimda en qiymetli ermaqan oldu. Onun illk sorularindan biri “” Qara Qan” tarixi romanim haqqinda oldu. 14 il oncelerde 1-ci kitabi ona baqislamisdim. Indi 25 ile Qarabaq davasindan yazdiqim tarix roman trilogiyani ona verdim. Cox sevindi , “belke bir dizi film cekdik” dedi.
Bayraqdar.infoya, shexsen Nadir beye, Gulare xanima bu tedbire gore minnetdaram. Meni hemise yaninizda sayin.