Son yeniləmə: 10 Dekabr 2022 12:39
BAYRAQDAR MEDİA – 2022-ci ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 726 milyon 776 min manat vergi daxil olub.
Bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 85 faiz və ya 6,7 milyard manatdan çox artıb.
Məlumata əsasən, qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 583 milyon 62,2 min manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 29,2 faiz və ya 1,7 milyard manatdan çox artıb.