Press "Enter" to skip to content

“Vətəndaş cəmiyyəti: yeni çağırışlar”

Agentliyin İcraçı direktoru Aygün Əliyeva, icraçı direktorun müavini Emil Çaparlı (sağda) və Agentliyin Layihələr departamentinin müdiri Elnur Bağırlı (solda)

Son yeniləmə: 9 Dekabr 2022 11:03

Aygün Əliyeva: Media-QHT əməkdaşlığının uğurlu olması ümumilikdə vətəndaş cəmiyyətinin inkişafı baxımından çox önəmlidir

BAYRAQDAR MEDİA – Qeyri-Hökumət Təşkilatalrına Dövlət Dəstəyi Agentliyinin ofisində 2022-ci il üzrə Qrant müsabiqələrində qalib olan və mediada təmsil olunan bir qrup QHT rəhbərləri ilə “Vətəndaş cəmiyyəti: yeni çağırışlar” adlı görüş keçirilib.

Agentliyin məsul əməkdaşları Elnur Bağırlı və Leyla Rəhimova QHT rəhbərlərini Agentliyin yeni binası ilə tanış edib və fəaliyyət barədə məlumat veriblər
Agentliyin məsul əməkdaşları Elnur Bağırlı və Leyla Rəhimova QHT rəhbərlərini Agentliyin yeni binası ilə tanış edib və fəaliyyət barədə məlumat veriblər

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 9-da Agentlikdən məlumat veirlib.

Qeyd edilib ki, əvvəlcə Agentliyin məsul əməkdaşları Elnur Bağırlı və Leyla Rəhimova QHT rəhbərlərini Agentliyin yeni binası ilə tanış edib və fəaliyyət barədə məlumat veriblər.

Tədbir zamanı
Tədbir zamanı

Sonra Agentliyin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, bu gün qlobal dünyada media dövlətlərin müdafiə və nəzarət mexanizmi kimi çıxış edir: “Bu baxımdan, bu gün təşkil edilən görüş QHT-lərin fəaliyyətinin işıqlandırılması üçün media ilə əməkdaşlıq mühitinin yaradılmasına, sosial media ilə işin düzgün qurulmasına dəstək üçün təkliflərin verilməsinə və bu istiqamətdə müxtəlif fəaliyyətlərin icrasına təkan verəcək. Media-QHT əməkdaşlığının inkişafı məsələlərinə toxunan A.Əliyeva bildirib ki, bu əməkdaşlığın uğurlu olması ümumilikdə vətəndaş cəmiyyətinin inkişafı baxımından çox önəmlidir. Təsadüfi deyil ki, Agentliyin 2022-ci ildə kiçik qrant müsabiqəsi çərçivəsində dəstək verdiyi layihələr içərisində media sahəsində maarifləndirmə işlərinin görülməsi məsələsi də yer alıb və QHT- lər tərəfindən bu layihələr uğurla icra edilib”.

Çıxışlar zamanı
Çıxışlar zamanı

Daha sonra Agentliyin Layihələr departamentinin müdiri Elnur Bağırlı Agentliyin fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

Görüş “Vətəndaş cəmiyyəti: yeni çağırışlar” mövzusu ətrafında qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı təkliflər səsləndirilib.

Mission News Theme by Compete Themes.