BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Şuşa, sən azadsan” adlı sənədli film nümayiş olunub.
Baş İdarədən verilən məlumata görə, filmin nümayişində 106, 139 nömrəli tam orta məktəblərin, habelə 166 nömrəli məktəb-liseyin şagird və müəllim kollektivi iştirak edib.
Qeyd edilib ki, tədbirin aparıcısı Nuranə Davrinbəyova Azərbaycan əsgərinin şücaət və mərdliyindən, qanları ilə yazdıqları qəhrəmanlıq dastanından söz açıb.
Vurğulanıb ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan film Zəfər bayramı ərəfəsində çəkilib. ikinci Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilib. Ekran əsərində Şuşa əməliyyatını həyata keçirən əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı çəkilmiş kadrlar yer alıb.