Son yeniləmə: 9 Dekabr 2022 12:34
BAYRAQDAR MEDİA – Paytaxtdakı 136 nömrəli tam orta məktəbin “WhatsApp” xidməti istifadəyə verilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 9-da Bakı Şəhəri üzrı Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ilk təşəbbüs olan bu yeniliyin əsas məqsədi valideynlərə daha çevik və operativ əlaqə imkanı yaratmaq, həmçinin zəruri hallarda valideynləri vahid mənbədən məlumatlandırmaqdır: “Valideynlər tərəfindən daxil olan müraciətlər, rəy, təklif və şikayətlər məktəb tərəfindən qəbul olunaraq dəyərləndiriləcək və cavablandırılacaq. Bu da valideyn-məktəb əməkdaşlığına, ümumilikdə təhsil mühitinin təkmilləşdirilməsinə müsbət töhfə verəcək”.
Məlumata əsasən yeni xidmətin üstün cəhətlərindən biri də ondan ibarətdir ki, valideynlər tərəfindən yazılan sorğu, təklif və şikayətlər ayrı-ayrı şəxslərin deyil, məktəbin “WhatsApp” hesabına göndəriləcək, rəsmi qaydada cavablandırılacaq və vahid mənbədə toplanacaq. Bu da müraciətlərin təhlilinə, fəaliyyətin müvafiq meyarlar üzrə dəyərləndirilməsinə imkan verəcək: “Məktəbin (077) 5700-136 nömrəli “Whatsapp” xidməti yalnız valideyn və şagird kontingenti üçün nəzərdə tutulub və həftəiçi 5 gün, saat 08:00-18:00-dək aktiv olacaq”.