Press "Enter" to skip to content

Özgürlük qələbəsi adına ayaqdayıq

Son yeniləmə: 9 Dekabr 2022 15:17

Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı Azərbaycan milli hökumətin 77-ci il dönümü ilə bəyanat yayıb

BAYRAQDAR MEDİA – “Sevimli Azərbaycan türk milləti! Bu il, qanlı 21 Azər bayramını fərqlı bir atmosferdə keçirməkdəyik. Bu il, bütün keçmiş illərdən daha artıq birlikdə olmaq gərəyindəyik. Bu il, tək yumruq olaraq, torpaq, vətən, millət, dövlət deyə “Azadlıq – Ədalət-Milli Hökumət!” axtarışında meydanlardayıq”.

Bu fikirlər Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının Azərbaycan milli hökumətin 77-ci il dönümü ilə bağlı bəyanatında öz əksini tapıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.

Məlumata əsasən bəyanatda daha sonra deyilir: “Bu il, türk inamına dayanan, Azərbaycan sevgisilə silahlanan inamlı, inadlı milyonlarca gəncmizin öndərliyində özgürlük qələbəsi adına ayaqdayıq. Bu il, Güney Cümhuriyyəti və Bütöv Azərbaycan amacıyla irqçı düşmənin çirkin varlığını yox etmək üçün andlıyıq. Bu il, topluca (milləti və dövlətilə) bütünləşən Güney adına son bir qurtuluş səfərbərliyindəyik”.

“Əziz Güneyli-Quzeyli millətimiz!

“Qanlı 21 Azər ruhu bizdən bir son milli savaş gözləyir. Bu gün, işğaldan qurtuluş günüdür, öncə vətənimizi, millətimizi iranilik boyunduruğundan qurtarmalıyıq. Millətimizin var olan kimliyini ona qaytarmalıyıq. Bu zamanın hökmü, insanlığın təməl daşıdır.

“21 Azər ruhunu yaşatmaq üçün Güneyin dövlətçiliyini yaşatmaq gərəkir. Buna görə də, bütün çeşidli ideologiyaların “Dildaşlıq, Soydaşlıq, Vətəndaşlıq” üzərə ortaqlaşması gərəkir. Başqa anlamla desək ideologiya yarışmalarını öz doğma dövlətimizin çatısı altında keçirməliyik. Bu üzdən 21 Azərin qanlı ruhunu daha nisgili, daha iztirablı etməmək üçün:

1- İstiqlalçı, Federalçı, Muxtarçı ayrımçılıq etmədən bütün milli-siyasi hərəkatlar, partıyalar, təşkilatlar, cəbhələr və çeşidli milli qurumların Azadlıq-Ədalət-Milli Hökumət şüarı altında hərəkət etmə potanseillerini birləşdirməliyik.

2- Hər qurumun özünə aid simgəsi, xəritəsi, loqosu olması çox normaldlr. Buna kimsənin deyəcəyi olamaz! Ancaq, gəncliyimizin illər öncə Babək Qalasında qaldırdığı bayrağın milli qurtuluş simgəsi kimi qəbul edilməsi kimsəni rahatsız etməməlidir. Hazırda bu bayraq milli qurtuluş mücadiləsi üçün ən uyğun seçim sayılmaqdadır. Bu bayrağın bütün qurumlar tərəfindən dəstəklənməsi zəiflik yox, tərsinə milli cəsarətdir.

3- Azərbaycan Milli Hərəkatına bağlı olan Güneyli, Quzeyli qurumların Ankarada və ya Bakıda bir araya gəlməsilə ilk milli strategiya –Yəni Güney Azərbaycan dövlətçiliyinin yol xəritəsi müzakirə ola bilər, praktik yollarının incəlikləri həyata keçiriləbilər

4- Dünya görüşündən, ideologiyasından asılı olmayaraq bütün qurumların bu toplantının tədarükat komitəsində ən azından bir təmsilçisi ilə iştirak etməsi demokratik paylaşıma uyğundur. Heç qurum özünü toplumdan təcrid edilmiş kimi duymamalıdır.

5- Hazırda İran adlanan ölkənin başa-başında dalğalanan milli, siyasi, ictimai, iqtisadı ayaqlanmaların qurtarıcı inqilab səsləri eşidilir. Fars molla rejiminin bu inqilabdan qaçışı yoxdur. Buna görə, Azərbaycan tam qurtuluşu üçün meydanlarda olmalı, öz türkcə şüarlarıyla başqa millətlərin də İran cəhənnəmindən qurtuluşuna örnək olmalıdır. Bu qapsamda, Azərbaycanın milli-siyasi qurumlarının da başqa millətlərin milli qurumlarına örnək olması çox önəmlidir.

6- Güneydə və İran zindanında canını, malını, ailəsini və bütün varlığını vətən azadlığı uğruna vermiş gəncliyimizin bizdən istəyi birlikdir. Vəhşi Fars molla rejiminə və bütünlüklə türlü-türlü panfarsizmə sinəgərən gəncmizi cılız eqolara qurban verməyə haqqımız yoxdur. Ya onlara layıq olmalı, ən azından onların arxa cəbhəsi olmalıyıq. Ya birlikdə olub ümid verməliyik, ya da yollarından bütünlüklə çəkilib əngəl olmamalıyıq.

7- Azərbaycan Milli Hərəkatı (AMH) adına müstəqil media mərkəzi gərəkir. Və ya Bakı, Ankara, İstanbulda yerləşən yüzlərcə ilgisiz, toz basmış telekanaların birini AMH adına özəlləşdirib işə salmaq gərəkir. 1992-ci ildən üzübəri farsçı-şuubi rejimin çirkin siyasətini Azərbaycana qarşı medialaşdıran Tehrandan yayılan SƏHƏR TV, 24 saat ərzində Azərbaycan və Türkiyə Cümhuriyyətlərinə qarşı zəhər saçmaqdadır. O telekanal, özəl kodlar verməklə dövlətlərimizə qarşı orqanizə hərəkətlərinə yön verir, Fars molla rejiminin casusluq şəbəkələrini koordinasiya edir. Səhər tv, həmin kodlaşdırma sistemilə uyuşdurucu yollarını qaçaqçılara göstərir və yüzlərcə təxribat kanalları yaradır. Güney üçün özəl bir medianın yaranması bölünmüş vətənimizin gərçəklərini dünyaya yaymaqda qlmamalı, eyn zamanda Səhər Tv kimi düşmən səsinin boğulmasına səbəb olacaqdır.

8- Güney Azərbaycan üçün Milli Fondun yaranması otaylı-butaylı bütün milli siyasi qurumların başlıca boyun borcu və ən önəmli yol xəritəsidir. Mali qaynağı olmayan AMH-nın zəfərmənd sonucu da olmayacaq. Bu haqda otaylı, butaylı bütün milli-siyasi, millətçi, bütövçü qurumların üzərinə ortaq milli görəv düşür. Ayrıca tanınmış milli siyasi ağsaqqallarımızın, dövlətdən kənar fondların etibarlı adı ilə gərçəkləşən milli fondun az zaman içində AMH-nı bölgənin ən aparıçı gücünə çevirə bilər.

“Əziz millətimiz, dəyərli milli mücadilə arxadaşlarımız! Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı adına, Sizi qanlı 21 Azərin 77-ci il dönümündə Güneyin milli qurtuluşu uğrunda düşüncədə bütövləşməyə, birlikdə millətləşməyə, millətcə dövlətləşməyə çağırırıq.

“Yaşasın 21 Azər şəhidlərimizin əbədi xatirəsi!

“Yaşasın ölməz Pişevərinin unudulmaz xatirəsi! Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı” , – deyə bəyanatda daha sonra bildirilib.

Mission News Theme by Compete Themes.