Son yeniləmə: 9 Dekabr 2022 15:57
BAYRAQDAR MEDİA – “Bu il dekabrın 12-də 21 Azər Hərəkatının 77-ci ildönümüdür. Artıq bununla bağlı dünyanın müxtəlif yerlərində tədbirlər keçiriləcək. Eyni zamanda İsveçdə də bununla bağlı geniş bir tədbir keçiriləcək”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl olaraq Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının sədri, hazırda İsveçdə yaşayan Eldar Qaradağlı deyib.
Onun sözlərinə görə, dekabrın 10-da “Güney Azərbaycanın molla rejimindən sonrakı durumu” adlı seminar keçiriləcək. Batı Yötaland Azərbaycan Evi Birliyi tərəfindən təşkil ediləcək tədbirdə müxtəlif panellər üzrə çıxışlar olacaq: “Tədbiri açılış nitqi ilə AzEv başqanı Ülviyyə Nəcəfova açacaq. Sonra uşaqların ifasında bədii proqram, həmçinin 21 Azər Hərəkatından bəhs edən videonun təqdimatı olacaq. Daha sonra tədbir panel çıxışları ilə davam edəcək”.
Bildirilib ki, panel çıxışlarında Dr. Səadət Kərimli, Dr. Hüseyn Yəhyai, Mahmud Bilgin, Rəhim Sulduzlu, Eldar Qaradağlı, Teymur Eminbəylinin fikirləri dinləniləcək.