Son yeniləmə: 9 Dekabr 2022 10:30
Kosova polisi Mitrovitsa şəhərinin şimalına daxil olub
BAYRAQDAR MEDİA – Kosovanın baş naziri Albin Kurti ölkənin quzeyində polis varlığının artırılacağını elan etdikdən sonra dekabrın 8-də axşam saatlarından polis Mitrovitsa şəhərinin quzeyinə girməyə başlayıb.
Məlumata əsasən Kosovo daxili işlər naziri Xhelal Sveçla təhlükəsizlik və asayişin qorunmasının Kosova polisinin vəzifəsi olduğunu bildirib.
X.Sveçla Facebook-da paylaşdığı açıqlamada bildirib ki, son günlər polis məmurlarına və vətəndaşlara qarşı hücumlardan sonra vətəndaşların təhlükəsizliyini təmin etmək üçün polis varlığının artırılması vacib hala gəlib.
Serbiyanın Kosovadan məsul dövlət rəsmisi Petar Petkoviç 300-350 xüsusi təyinatlı polisin zirehli texnika və döyüş silahları ilə Kosovanın quzeyinə girdiyini və bu inkişafın ölkənin şimalını işğal etmək cəhdi olduğunu iddia edib.
Belqrad və Priştina son hadisələrə görə bir-birini günahlandırıb.
Xatırladaq ki, tərəflər arasında gərginlik xeyli müddətdir davam edir. Ötən ayın sonunda tərəflər arasında müəyyən razılıq əldə edilmişdi. Lakin görünən odur ki, artıq həmin razılıq da pozulub.