Son yeniləmə: 9 Dekabr 2022 17:06
BAYRAQDAR MEDİA – Bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 740 mindən çoxdur.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrən 9-da Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, 3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub: “İş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsində, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 339 min 553 vahid artıb və bu il dekabrın 1-nə 1 milyon 741 min 468 olub”.
Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 287 min 572 vahid artaraq 827 min 494 təşkil edib.