Press "Enter" to skip to content

Yunanıstana sərt xəbərdarlıq

Mevlüt Çavuşoğlu

Mevlüt Çavuçoğlu: Sülh istəmirlərsə, biz lazım olanı edəcəyik

BAYRAQDAR MEDİA – Yunanıstanın Ege adalarındakı təlimi Türkiyədə sərt etirazla qarşılanıb. Məsələyə münasibət bildirən xarici işlər naziri Mevlüt Çavuşoğlu “Yunanıstan silahsızlaşdırılmış adaların statusuna zidd addımlar atmaqdan əl çəkməlidir. Ya Yunanıstan geri addım atıb razılaşmalara əməl edəcək, ya da biz lazım olanı edəcəyik”, – deyib.

Məlumata əsasən jurnalistlərin suallarını cavablandıran nazir Yunanıstanın təxribat törətməyə davam etdiyini bildirib. O, “Təbii ki, bizim susmağımız mümkün deyil”, – deyə qeyd edib.

Cümhurbaşqanı Recep Tayyip Erdoğanın “Bir gecə ansızın” sözlərini xatırladan nazir daha sonra bunları qeyd edib: “Onlara səssiz qala bilmərik. Biz həm hüquqi müstəvidə, həm beynəlxalq çərçivədə lazım olan addımları atmağa davam edəcəyik. Yunanıstan bunu unutmasın ki, külək əkən, fırtına bişər. Sülh istəmirlərsə biz də lazım olan addımı atarıq. Bir gecə ansızn”.

Mission News Theme by Compete Themes.