Press "Enter" to skip to content

Talançılıqda iştirak edən İran şirkətləri yüzlərlədir

Yeganə Hacıyeva

Son yeniləmə: 8 Dekabr 2022 12:16

Yeganə Hacıyeva: Azərbaycan İran şirkətlərinin Qarabağın talanmasında iştirak etməsi ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etməlidir

BAYRAQDAR MEDİA – “Son illər bütün dünyada istər milli, istərsə beynəlxalq səviyyədə cinayətlər haqqında məlumatların əldə edilməsi, sistemliliyi və beynəlxalq müqayisəliliyinin təmin edilməsində imkanlar daha geniş olduğu üçün nəzarətsiz ərazilərdə cinayətlərin, terrorçuluq mərkəzlərinin, silah və narkotrafikin izlənməsi asanlaşıb”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, sırf bu istiqamətdə fəaliyyət göstərən sahələr son illər texnoloji inkişafdan daha çox faydalanmış və inkişaf etmiş sahələrdir.

Y.Hacıyeva onu da bildirib ki, Qarabağda işğal illərində nəzarətsiz ərazilərdə sərvətlərin talanmasında iştirak edən İran biznes dairələri iki qrupa bölünür: “Bunlar arasında həm İran dövlətinə bir başa bağlı, həm də paralel müstəqil şirkətlər olub. Qeyd edim ki, İranın Azərbaycan ərazisində ehtiyatların talan edilməsində fəaliyyət göstərən şirkətlərinin bir qisminin adları Ermənistanda hüquqi çəkişmə zamanı bu şirkətlərə maliyyə xidməti göstərmiş bankın rəsmisi tərəfindən səsləndirilmişdir. Məsələn, Qarabağda işğal illərində fəaliyyət göstərmiş 50-yə yaxın İran şirkəti İran Milli Bankının İrəvan filialı vasitəsi ilə bank xidməti göstərilib”.

“Konkret olaraq İranın Azərbaycanın ərazilərinin talan olunmasında iştirakı ilə bağlı onu qeyd etməliyəm ki, bu illər ərzində nəzarətsiz ərazilərdə təbii-mineral ehtiyatların hasilatı, sənaye ehtiyatlarının talanmasında iştirak edən İran şirkətləri yüzlərlədir. Azərbaycan İran şirkətlərinin Qarabağın talanmasında iştirak etməsi ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etməlidir. Çünki hüquqi təqib üçün məlumatlar kifayət qədərdir”, – deyə politoloq əlavə edib.

Mission News Theme by Compete Themes.