Son yeniləmə: 8 Dekabr 2022 12:37
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar və adanın rum Administrasiyasının rəhbəri Nikos Anastasiadis yeni ilin əvvəlində yenidən görüşmək barədə razılığa gəliblər.
Bu barədə məlumatda deylir ki, E.Tatar və N.Anastasiadis BMT Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Kolin Stüartın dəvəti ilə aylar sonra ilk dəfə görüşüb.
Əldə edilən məlumata görə, iki lider Kıbrıs məsələsində buzları əritmək və danışıqları bərpa etmək yollarını tapmaq səyləri çərçivəsində yeni ilin əvvəlində işgüzar şam yeməyində yenidən görüşmək barədə razılığa gəliblər.