Son yeniləmə: 8 Dekabr 2022 15:39
BAYRAQDAR MEDİA – Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 14-də Gəncə, Naftalan şəhərləri, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Komitədən BAYRAQDAR MEDİA-ya dekabrın 8-də bildirilib ki, qəbul Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək: “Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur. DQİDK-nın bölgə şöbə müdiri Həsən Məmmədovun əlaqə vasitələri: (022) 256 91 14, (055) 218 52 95, (070) 264 01 07, E-mail: hasan.mammadov@scwra.gov.az “.