Press "Enter" to skip to content

Güneylə Quzey Bakıda bir araya gələcək

Son yeniləmə: 8 Dekabr 2022 20:53

Dekabrın 17-də II Bütöv Azərbaycan Forumu keçiriləcək

BAYRAQDAR MEDİA – Dekabrın 17-də Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə II Bütöv Azərbaycan Forumu keçiriləcək.

Araz News xəbər verir ki, Forum saat 12:00-da “Astoria Bakı” otelinin (Bakı şəh., Babək pros. 65 “B”) konfrans salonunda olacaq: “Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdlr. Bu birlik bizim mədəni-siyasi birliyimiz olmaqla böyük bir gücə çevriləcəkdir. Millətimizin problemlərinin həlli də bu gücdən asılıdlr”.

“Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatlardan, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsilçilər, ictimai-siyasi təşkilatların, gənc nəslin nümayəndələri, ziyalılar, ictimai-siyasi xadimlər və digərləri iştirak edəcəklər. Əziz Azərbaycan xalqı. Bu Forum Sizlərin-Bizlərin Forumudur, ona görə də hər birimiz dəvətliyik”, deyə məlumatda daha sonra bildirilib.

Mission News Theme by Compete Themes.