Son yeniləmə: 8 Dekabr 2022 09:44
BAYRAQDAR MEDİA – Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Azərsu” ASC-dən məlumat verilib.
“Əraziyə qəza briqadaları və xüsusui texnika cəlb olunub, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, – deyə məlumatda qeyd edilib.