Son yeniləmə: 8 Dekabr 2022 12:16
BAYRAQDAR MEDİA – Oktyabrın 2-də Bosniya və Herseqovinada keçirilən seçkilərdən sonra koalisiya danışıqları davam edir.
Bununla bağlı məlumatda deyilir ki, Xorvatiya Demokratik İttifaqı (HDZ) və Sarayevo mərkəzli müxalifət partiyaları dekabrın 7-də Konjiç şəhərində nazirlikləri bölüşmək üçün bir araya gəlib: “Digər tərəfdən, Sosial Demokrat Partiyasının (SDP) lideri Nermin Nikşiç hökuməti kimin quracağının hələlik bəlli olmadığını bildirib”.
Gələcək hakim koalisiyanın yaradılması Bosniya və Herseqovina Federasiyası Parlamentinin Xalq Məclisinin səlahiyyət müddəti bitdikdən və Konstitusiya Məhkəməsinin Bosniya və Herseqovina Prezident Şurasının üzvü Zeljko Komşiçin şikayəti ilə bağlı verdiyi qərardan sonra aydınlaşacaq.
Bundan başqa keçirilən iclasda HDZ-dən Borjana Kristonun Bosniya və Herseqovina Nazirlər Şurasının sədri, Nermin Niksiçin isə Bosniya və Herseqovina Federasiyanın Baş naziri olması üçün konsensusun əldə edildiyi açıqlanıb.