Press "Enter" to skip to content

16 mindən çox şəxsə birdəfəlik ödəmə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 8 Dekabr 2022 16:22

BAYRAQDAR MEDİA – 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu il avqustun əvvəlindən başlanan proqram üzrə qeyd olunan kateqoriyaya aid artıq 16 min 659 şəxs üzrə birdəfəlik ödəmə verilib: “Onlardan 1 min 17 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib. Birdəfəlik ödəmə ilə təminat proqramı üzrə bu günədək ödənilən vəsait isə 105,7 milyon manat təşkil edir. E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat mövcud olan şəxslərə birdəfəlik ödəmə e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib”.

Mission News Theme by Compete Themes.